Bakı şəhəri, 8-ci mkr,
İbrahimpaşa Dadaşov küç. 74V.
(Azadlıq metrosunun yaxınlığı)
(+994 12) 563 09 09
(+994 12) 563 20 20
(+994 70) 892 07 07

Pərakəndə Satış və Mağaza İdarəçiliyi
(Perakende Satış ve Mağaza Yönetimi)
İxtisas haqqında
Pərakəndə Satış və Mağaza İdarəçiliyi Subbakalavr Proqramının məqsədi pərakəndə satış sənayesinin strukturuna ciddi dəyişikliklər gətirməkdir.
Ənənəvi kiçik miqyaslı pərakəndə satış, texnoloji inkişafdan faydalanan, beynəlxalq bazarlara açıq olan, xidmət və müştəri yönümlü genişmiqyaslı pərakəndə satışla əvəz olunmağa başladı.
Dəyişən istehlakçılar yalnız pərakəndə satışı , sadəcə məhsul və xidmətlərin alındığı yerlər kimi deyil, onları sosial və mədəni ehtiyaclarını ödəyə biləcək mühit olaraq görməyə başladılar.
Bu dəyişikliklər həm pərakəndə satışın əhəmiyyətli məşğulluq mənbəyinə çevrilməsini təmin etdi , həm də pərakəndə satış sektorunda lazım olan insan qaynaqlarının keyfiyyətini dəyişdirdi.
Bu proqram pərakəndə satış sektorunda mövcud işçilərin keyfiyyətini artırmaq və tələb olunan kadrları yetişdirmək məqsədi daşıyır.
Tədris müddətini bitirdikdən sonra məzunlar Pərakəndə mağazalarda satış, mağaza idarəçiliyi və marketinq meneceri vəzifələrində işləyə bilərlər.