top of page
Image by Romain Tordo

Coğrafi İnformasiya Sistemləri  (Coğrafi Bilgi Sistemleri)

İxtisas haqqında

Coğrafi İnformasiya Sistemləri Subbakalavr Proqramının məqsədi, dövlət və özəl qurumlarda mühüm qərarların qəbul edilməsi prosesində effektiv coğrafi informasiya texnologiyaları  və məkan məlumatlarının idarə edilməsinin əsas prinsipləri mövzusunda  analitik düşünə bilən, eyni zamanda problemləri müstəqil həll etmə və qərar vermə bacarıqları olan kadrlar hazırlamaqdır.

           

Ölkəmizdə elmi işlərdə, dövlət qurumlarında və özəl sektorda Coğrafi İnformasiya Sistemləri sahəsi üzrə ixtisaslı kadr çatışmazlığını aradan qaldırmaq lazımdır. Bu şəkildə texnologiyadan səmərəli istifadə edilə biləcək  və xüsusən dövlət qurumları tərəfindən hər il milyonlarla dollar dəyərində yaradılan sistemlər boş qalmayacaq. Bundan əlavə, bu texnologiyanın planlaşdırma, geologiya, kənd təsərrüfatı və meşə təsərrüfatı sahəsi işlərində daha geniş və təsirli istifadəsi bu əsasda aparılan tədqiqatların da keyfiyyətini artacaqdır.

Bu proqram Texnik adını verən bir proqramdır. Bu proqramı bitirən məzunlar; dövlət və özəl sektor təşkilatları və qurumlarında, xüsusilə də yerli idarəetmə sahələrində və ölkəmizdə qurulmağa başlayan bir çox təşkilatlarda  Coğrafi İnformasiya Sistemləri məntəqələrində  işləmək imkanı əldə edə bilər.

​

*Bu proqramdan məzun olanlar ixtisasları üzrə Texnik ünvanı qazanmış olurlar.

Bu ixtisası bitirdikdə hansı sahələrdə çalışa bilərəm?

Bu ixtisasda hansı dərslər tədris olunur?

PDF faylına keçid edərək ixtisaslarla tanış ola bilərsiniz

Sənin Xəyalların, Sənin Gələcəyin, Sənin Universitetin!

info@anadolu.edu.az

​(+994 12) 563 09 09

(+994 70) 892 07 07

(+994 51) 892 07 07

 

Bakı şəhəri, 8-ci mkr,

İbrahimpaşa Dadaşov küç. 74V.

(Azadlıq metrosunun yaxınlığı)

Ana səhifə

Haqqımızda

İxtisaslar

Tələbə

Məzun

Xəbərlər

Əlaqə

​

© 2025 Anadolu Universiteti Azərbaycan Proqramları - Bütün hüquqlar qorunur.

bottom of page